SON DƏQQƏ

naxcivanxeberleri.com

Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTO

Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTO
2-07-2019, 19:51

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 150 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim olunub. Sərhəd yaşayış məntəqəsi olan Sədərəkdə müvafiq kateqoriyadan olan insanlara yeni mənzillərin verilməsi də göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib.

Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayev göstərilən qayğıya görə müharibə veteranları və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.

Azərbaycan Vətən Müharibəsi veteranları Ramazan Adnayevin və Rəhim Salmanovun ailə üzvləri Mahirə Adnayeva və Güllü Salmanova minnətdarlıq ediblər. Mahirə Adnayeva deyib: “Dünyanın heç bir ölkəsində müharibə veteranlarına, şəhid ailələrinə Azərbaycanda olduğu qədər qayğı göstərilmir. Həyat yoldaşım Ramazan Adnayevə bir neçə il bundan əvvəl avtomobil təqdim olunub. Bu gün isə mənzil sahibi olduq. Dövlətin qayğısı bizi daha da ruhlandırır. Bundan sonra da dövlətimizin inkişafı və tərəqqisi yolunda səylə çalışacağıq”.


Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTOSosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTO
Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTO
Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930