16:45 - Rusiya Prezidenti: “Qərb bütün qırmızı, hətta tünd qırmızı xətləri keçir”
16:30 - DYP velosipedçilərə müraciət edib
16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib
Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsinin açılış mərasimində iştirak edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki. əvvəlcə səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə muxtar respublikada görülən işlər haqqında məlumat verib.
Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov sakinlər adından kəndin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq edib.
Sonra məlumat verilib ki, Gilançay yatağında diametri 300 millimetrlik borularla 13 baxış quyusu olan 590 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikilib. Kaptajdan su anbarlarına qədər plastik borularla 12,4 kilometr xətt çəkilib. Su natrium hipoxloridlə dezinfeksiya olunaraq hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığıldıqdan sonra öz axını ilə şəbəkəyə verilir. Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla, ümumilikdə 107,6 kilometr su xətti çəkilib və 1485 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 6 yanğın hidrantı, qəza hallarında isə məhəllə xətlərinin bağlanması üçün 5 suboşaldıcı və 86 siyirtmə qoyulub. Relyefdən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir.