SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni nazir kollektivə təqdim olundu-FOTO, YENİLƏNİB

Yeni nazir kollektivə təqdim olundu-FOTO, YENİLƏNİB
16-03-2023, 13:06

Martın 16-da Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.

Ceyhun Cəlilovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti geniş təhlil olunub, mövcud problemlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Qeyd edək ki, martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031