22:00 - Azərbaycan Premyer Liqasında XVIII tura start verilib
21:23 - Darçınlı banan çox dərdin dərmanıdır - FAYDALARI
20:56 - Azərbaycan Parisdə 56-cı beynəlxalq kənd təsərrüfatı sərgisində təmsil olunur
20:49 - Yaxşıya yaman demək…-Ülvi Hüseynli yazır
20:30 - "Neftçi" futbolçusu ilə müqavilənin müddətini artırdı
19:06 - Xoşbəxtliyin SİRRİ TAPILDI - 10 vacib şərt
18:26 - Vasif Talıbov qurub-yaratsın, siz də “masabəyilik” edin...
18:16 - Ramil Usubov Şirvanda vətəndaş qəbulu keçirib
17:39 - Ordubadda məktəbliləri arasında şahmat üzrə tempo turniri keçirilib-FOTO
17:34 - DƏMX: İşçilərə ilk tibbi yardım göstərilməsi qaydaları öyrədilməlidir
16:44 - Şərur rayon Yuxarı Yaycı kəndində maarifləndirici tədbir keçirilib
16:43 - Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi - FOTO
15:54 - İmtahandan keçə bilməsəm hər şey bitər ...-Psixoloq Güllü İmanova yazır
DİQQƏT! Uşaqlarda qasıq yırtığı (Qrija) niyə yaranır?-Video
Bu xəstəlik övladınızda varsa uşaq cərrahı Phd Op. Dr. Toğrul Ömərova müraciət edə bilərsiz Telefon:(+994)50 672 92 24
Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır.
Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.
Oğlanlarda bu patologiyaya daha tez-tez rast gəlinir. Bu oğlanların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Adətən yırtıqlar oğlanlarda sağ tərəfdə olur.
Yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər.
Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə "itir". İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır.
Adətən şişkinlik birtərəfli, çox nadir hallarda ikitərəfli olur.
Yırtıq uşağı adətən narahat etmir. Məhz bu səbəbdən yırtıqlar uşaqlarda bir çox hallarda təsadüfən cərrahın profilaktik müayinəsi zamanı aşkar edilir. Yalnız böyük və ya sıxılmış yartıqlar uşaqlarda narahatçılığa, ağrılara və digər pozulmalara (ürəkbulanması, qusama) səbəb olurlar.
Oğlanlarda qasıq-xayalıq yırtığı variantı mümkündür. Bu zamanı xayalığın ölçüləri böyümüş olur.
Yırtığın əsas təhlükəli fəsadı onun sıxılmasıdır. Bu zaman qarın boşluğundan qasıq kanalına düşmüş bağırsaqlar, piylik, qızlarda - yumurtalıqlar və uşaqlıq borusu burada sıxılır, orqanın qan təchizatı dayandırılır və nəticədə bu orqanın nekrozu (məhv olunması) inkişaf edə bilər.
Bu çox təhlükəli haldır! Bu zaman təcili cərrahiyyə əməliyyatı keçirilməlidir. Əks halda xəstə həlak ola bilər.
Bu səbədən yırtıq aşkar olunduqdan sonra uşaq planlı şəkildə əməliyyat olunmalıdır ki, gələcəkdə yırtığın sıxılması kimi ağır fəsad inkişaf etməsin.