16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
YENİ DƏRSLİK KİTABI NƏŞR OLUNUB
Muxtar respublika aqrar sektorunda meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün genişləndirilməsi prioritet sahələrdəndir. Qeyd edək ki, muxtar respublikada qəbul edilmiş üç eyni adlı “2012-2015, 2016-2020 və 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçilıiyin və tərəvəzçiliyin inkişafına dair Dövlət proqramları” bölgədə aqrar sektorun müasir tələblər səviyyəsində dinamik inkişafını təmin etməklə, əhalinin meyvə-tərəvəz və üzüm məhsulları ilə daha dolğun təchiz olunmasına, nəticədə kənd əhalisinin maddi-rifah halının daha da yüksəldilməsinə müsbət təsir göstərməkdədir. Naxçıvan bölgəsində meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün qədim ənənələri vardır. Son illərdə bu sahələrdə işlər daha da sürətlə həyata keçirilməkdədir. Belə ki, bölgədə 2021-ci ildə 6203 ha tərəvəz, 2479 ha bostan bitkiləri, 5457,1 ha meyvə və giləmeyvə,1524,5 ha sahədə üzüm bağları əkilmişdir. Bu istiqamətdə əkin sahələri ildən-ilə daha da genişləndirilir. Bu sahələrin innovativ əsaslarla genişləndirilməsi, genofondun tədqiqi, tətbiqyönümlü sortların seçilərək əkin dövrüyyəsinə daxil edilməsi, aqrotevniki qulluq işlərinin təkmilləşdirilməsi, sahələrdən yüksək maddi gəlirin əldə olunması üçün müvafiq mütəxəssislərin hazırlanması və elmi əsasların yaradıılması zərürətini ortaya qoymuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutunda ”Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev, baş elmi işçi dosent Loğman Bayramov və Azərbaycan Aqrar Universitetinin “Bağçılıq” kafedrasının dosenti Hüseyn İdrisovun həmmüəllif olduqları “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamendal dərs vəsaiti işıq üzü görüb.
“Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı dərs vəsaitinə Azərbaycan Dövlət Aqrar Universiteti Elmi Şurasının 08.01.2023 tarixdə keçirilən iclasında (Əmr № 3-22-23/3-1-8/2023) 25 may 2022-ci il tarixli EŞ-09/5.2 nömrəli tədris vəsaitlərinə və elmi nəşrlərə nəşr hüququ verilməsi qərarına əsasən 22.12.2022-ci il tarixli iclasının qərarı (14/5.2. saylı protokoldan çıxarış) ilə nəşr edilməsi hüququ(qrif) verilmişdir.
2023-cü ilin ilk ayında “Müəllim” nəşriyyatı tərəfindən nəşr edilən “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı dərs vəsaiti giriş və meyvəçilik, tərəvəzçilik, üzümçülük ixtisasları üzrə 3 bölmədən ibarətdir. Kitabda bölmələr üzrə becərilən ayrı-ayrı sortlar haqqında mühazirə mətnləri, elmi məlumatlar, rəngli fotoşəkillər verilmişdir. Hər bölmənin axırında müvafiq ədəbiyyat siyahısı göstərilmişdir. Dərslik kitabında Naxçıvan bölgəsinin aqrar sektorunda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün inkişaf tarixi, problemləri, müasir vəziyyəti, perspektivləri, becərilən sortların biologiyası və aqrotexnikası haqqında elmi və praktiki məlumatlar verilir. Həmçinin, kitabda muxtar respublika üzrə meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün sistematikası, genofond tərkibi, xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, geniş becərilən tətbiqyönümlü sortlar haqqında elmi məlumatlar işıqlandırılmışdır.
Dərs vəsaitindən Azərbaycan Dövlət Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin müvafiq kafedrasında, həmçinin aqraryönümlü təhsil müəssisələrinin bakalavır, magistir pilləsində çalışan professor, müəllim, təhsil alan tələbələr, həmçinin meyvəçilik, tərəvəzçilik, üzümçülük üzrə elmi işçilər, kənd təsərrüfatı mütəxəssisləri, fermer təsərrüfatı ilə məşğul olan sahibkarlar, fərdi torpaq sahibləri, aqronomlar və digər şəxslər istifadə edə bilərlər.
Qeyd etmək istəyirəm ki, “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamental kitab çox qiymətli dərs vəsaitidir. Bi kitab muxtar respublikada müvafiq ixtisaslar üzrə yeni kadrların hazırlanmasında, həmçinin meyvə, tərəvəz və üzüm məhsullarının innovativ üsullarla artırılması üçün elmi əsasların yaradılmasında mühüm rol oynayacaqdır.
İsmayıl MƏMMƏDOV
Biologiya elmləri doktoru, dosent