SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın tikinti sektorunun inkişafına dair yeni kitab nəşr edilib

Azərbaycanın tikinti sektorunun inkişafına dair yeni kitab nəşr edilib
25-01-2023, 18:24

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycanda tikinti: reallıqlar və inkişaf istiqamətləri” adlı kitab çapdan çıxıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, kitab inşaat sahəsinin inkişafında əvəzsiz xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Kitabda müstəqillik illərində ölkənin yüksəlişi, sosial-iqtisadi inkişafında həyata keçirilən tikinti quruculuq işlərindən bəhs edilib, həmçinin Ulu öndər Heydər Əliyevin 1969-1982, 1993-2003-cü illərdə tikinti kompleksinin inkişafındakı xidmətləri faktlarla öz əksini tapıb.

Sözügedən vəsaitdə ölkənin iqtisadi inkişafında tikinti sahəsinin rolu müxtəlif istiqamətlərdən araşdırılaraq təsvir edilib. İnşaatın sahələrarası əlaqələri, əsas kapitala investisiyaların qoyuluşu, sosial obyektlərin tikintisi və inşaat materialları istehsalı məsələlərinə dair geniş məlumat verilib. Bununla yanaşı, ötən dövr ərzində hər bir iqtisadi rayon üzrə dövlət proqramlarının icra vəziyyəti statistik rəqəmlərə istinad edilməklə göstərilib. Kitabda tikintinin təşkili və idarə edilməsi, layihə-axtarış işlərinin təkmilləşdirilməsi və maddi-texniki bazanın regional səviyyədə inkişafının sürətləndirilməsi məsələləri şərh olunub.

Kitabın müəllifi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyevdir. O, tikinti sahəsinin inkişafına dair çoxsaylı elmi əsərlərin, kitab və nəşrlərin, monoqrafiyaların müəllifidir. Vəsait tikinti sahəsində çalışan və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabı əldə etmək istəyənlər Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edə bilərlər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031