00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı çapdan çıxıb
AMEA-nın Naxçıvan Bölməsi tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının 2022-ci il üzrə sonuncu nömrəsi çapdan çıxıb. Jurnalın yeni nömrəsi təbiət və texniki elmlər seriyasına daxil olan elmi məqalələri əhatə edir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “Dağlıq ərazilərdə hündür qülləli konstruksiya və qurğulara küləklərin təzyiqi”, “Dolomit filizinin perxlorat turşusu ilə parçalanma şəraitinin öyrənilməsi”, “Dracocephalum thymiflorum – Kəklikotuçiçək ilanbaş (Lamiaceae) Azərbaycan Respublikası florası üçün yenidir”, “Qızmeydan və Torağay palçıq vulkanlarının nadir bitki növlərinin populyasiyaları”, “Naxçıvan Muxtar Respublikasının ixtiofaunasının taksonomik spektri”, “Kosmik optik teleskoplar”, “T buğa ulduzlarının ümumi xarakteristikaları”, “Naxçıvan Muxtar Respublikası landşaftının ekoloji problemi” kimi 50-ə yaxın elmi məqalənin əksini tapdığı jurnalda kimya, biologiya, fizika, astronomiya və coğrafiya elm sahələri üzrə aparılan araşdırmaların nəticələri yer alıb.
Qeyd edək ki, 2005-ci ildə təsis edilən jurnal ildə 4 dəfə olmaqla nəşr olunur. 2022-ci ildə ikisi xüsusi nömrə olmaqla, ümumilikdə 6 sayı çap edilib.