00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Qədim yurd yerinin tarixindən bəhs edən yeni nəşr işıq üzü görüb
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədovun (Yurdoğlu) “Yurdçu və yurdçulular” kitabı işıq üzü görüb.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən,yeni nəşr müəllifin 20 il ərzində apardığı araşdırmaların nəticəsində ərsəyə gəlib. Bədii, elmi, publisistik janrlarda yazılmış 14 kitabın müəllifi olan Elxan Yurdoğlu yeni nəşrdə Kəngərli rayonunun Yurdçu kəndinin tarixi, tariximizə işıq tutan arxeoloji abidələri, Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə çatan qəhrəman övladları, torpaqlarımızın bütövlüyü uğrunda vuruşan mərd oğulları, alimləri, yazıçı-şairləri və digərləri barədə ətraflı məlumatlar yer alıb. Kitabın nəşrinə Azərbaycan diasporunun Rusiya və Amerikada yaşayan nümayəndələri Qabil və Elçin Məmmədovlar dəstək göstəriblər.
Qeyd edək ki, Yurdçu kəndinin ərazisi tarixi abidələrlə zəngindir. Dəmir dövrünə aid arxeoloji abidə olan Yurdçu yaşayış yeri, son antik dövrə aid arxeoloji abidə - kurqanlar, Tunc və İlk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, Dəmir dövrünə aid Yurdçu sərdabəsi və digərləri qədim tariximizi özündə yaşadır. Hələ sovet dövründə Naxçıvana qarşı iddialarını gizlətməyən xain qonşularımız Yurdçu kəndində aparılan qısamüddətli arxeoloji qazıntılar zamanı aşkar edilən qiymətli tapıntıları özününküləşdirməyə çalışıblar. Lakin həmin vaxt azərbaycanlı arxeoloqlar buna imkan verməyiblər. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin Yurdçuda aparılan arxeoloji qazıntıların nəticələrini özündə əks etdirən və hələ uzun illər əvvəl İtaliyada işıq üzü görən kitabı xain qonşularımıza sanballı cavab olub və onların susdurulmasına xidmət edib. Elxan Yurdoğlunun apardığı araşdırmaların nəticəsi olan yeni nəşr də bu baxımdan əhəmiyyət kəsb edir.