SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Abdulla Həsənovun “Nəzəri mexanika” adlı dərsliyinin təqdimatı olub-FOTO

Naxçıvan Dövlət Universitetində Abdulla Həsənovun “Nəzəri mexanika” adlı dərsliyinin təqdimatı olub-FOTO
16-11-2022, 23:00

Naxçıvan Dövlət Universitetinin Televiziya, Mətbuat və İctimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Ali təhsil müəssisəsinin elmi kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, yaxın zamanlarda nəşr olunan dərslik tələbələrin istifadəsi üçün çox faydalı olacaq. Bildirilib ki, universitetimizin professor müəllim heyyətinin müəllifi olduğu kitabların nəşr olunması müsbət haldır və gələcəkdə tələbələr istənilən məlumatı bu kitablar vasitəsilə daha asan şəkildə əldə edə bilərlər. Prorektor həmçinin kitabda çox dəyərli məlumatların olduğunu diqqətə çatdırıb və tələbələrə kitabı oxumağı tövsiyyə edib. Ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov kitabın strukturu haqqında məlumat verib. Bildirilib ki, kitab 5 fəsildən ibarətdir və bunlar “Giriş”, “Statika”, “Kinematika”, “Nöqtə dinamikası”, “Mexaniki sistem və bərk cisim dinamikası” adlı fəsillərdir. Vurğulanıb ki, tələbələr dərslikdən gələcəkdəki elmi fəaliyətlərində də istifadə edə bilərlər. “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov çıxışında kitabın tədris üçün dəyərli bir status aldığını bildirib. Diqqətə çatdırılıb ki, dərslik vasitəsilə tələbələr bilik və bacarıqlarını artıra bilər, həmçinin müəllimlərdə tədris zamanı dərslikdən yararlana bilərlər. Dərsliyin elmi redaktorlarından olan universitetinin professoru, riyaziyyat üzrə elmlər doktoru Cavanşir Zeynalov dərslik haqqında ümumi məlumat verib və müəllifə gələcəkdəki elmi fəaliyyətində uğurlar arzulayıb. Sonda kitabın müəllifi “Ümumi riyaziyyat” kafedrasını müdiri dosent, Abdulla Həsənov təqdim olunan dərsliyin Naxçıvan Dövlət Universitetinin Fizika və riyaziyyat, Memarlıq və mühəndislik fakültələrində uzun illər tədris olunan mühazirələr əsasında, dövlət standartlarına uyğun fənn proqramı üzrə, müasir tələblərə cavab verəcək səviyyədə hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, bu dərslik klassik mexanikanın əsaslarını öyrənən ali məktəblərin müvafiq ixtisaslı tələbələri və müəllimləri üçün də faydalı ola bilər.

 

         

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031