SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” adlı kitabın təqdimatı keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” adlı kitabın təqdimatı keçirilib-FOTO
14-11-2022, 11:44

Ali təhsil ocağının Pedaqoji fakültəsində Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Fatma Hacıyevanın “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” adlı kitabının təqdimatı keçirilib.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, fakültənin dekanı, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qeyd edib ki, monoqrafiya ibtidai sinifləri əhatə edir və iki fəsildən ibarətdir. Birinci fəsil tədqiqatın pedaqoji və psixoloji əsaslarına həsr edilib, burada nitq mədəniyyəti, nitqə verilən tələblər, nitq və nitq anlayışlarının psixoloji təbiəti, məktəbəqədər yaş dövründən başlayaraq uşaqlarda riyazi söz ehtiyatının artırılması mövzuları öz əksini tapıb. İkinci fəsil şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsinə həsr edilib. Diqqətə çatdırılıb ki, bu fəsildə hesab əməllərinin öyrədilməsində riyazi nitqin məzmunu, şagirdlərdə riyazi nitqin inkişaf etdirilməsinin texnologiyası, əsas kəmiyətlərin təlimi prosesində şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi, məsələ və həlli vasitəsilə şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi mövzularından bəhs olunub.

Şagirdlərin riyazi biliklərinin inkişaf etdirilməsində kitabın aktuallığından danışan Universitetin Elmi katibi Orxan Cəfərov riyaziyyat fənnində də nitqin vacib olduğunu və kitabın bu sahədə də şagirdləri inkişaf etdirəcəyini vurğulayıb. Bildirilib ki, kitabı təkcə orta məktəb şagirdləri deyil tələbələr də öz bilik və bacarıqlarını artırmaq üçün istifadə edə bilərlər.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova kitabın ümumi xarakteristikası haqqında ətraflı danışaraq qeyd edib ki, müasir dövrdə məktəbəqədər təhsili inkişaf etdirmək üçün hazırlanan monoqrafiyalar içərisində məhz Fatma Hacıyevanın kitabı da xüsusi əhəmiyyətə malikdir. Qeyd edilib ki, bu monoqrafiya riyazi nitqin inkişaf etdirilməsinə aid metodik məsələlərin həllinə həsr edilib.

Kitabın pedaqoji istiqamətlərindən danışan Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov kitabın Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyyə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, monoqrafiyada tədqiqatın pedaqoji və psixoloji əsasları, şagirdlərdə riyazi nitqin inkişaf etdirilməsi texnologiyası prosesində riyazi nitqin inkişaf etdirilməsi tədqiq edilib.

Filologiya üzrə fəlsəfə doktoru Mətanət Quliyeva qeyd edib ki, kitabda nitq mədəniyyətinin birbaşa riyaziyyatla necə əlaqədə olduğu aydın şəkildə verilib. Bildirilib ki, riyaziyyatın təməldən yaxşı mənimsənilməsində kitabın rolu əvəzsiz olacaq.

Sonda müəllif çıxış edərək, kitabın çap olunmasında göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, səslənən xoş sözlərə, təbriklərə görə qonaqlara təşəkkür edib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031