22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
11:30 - Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək
11:10 - Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
10:53 - Dünyada koronavirusa yoluxanların sayı 548 milyonu ötüb
Vətən müharibəsinə həsr edən kitabın təqdimatı olub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “44 günlük Vətən müharibəsi tarixmizin Zəfər səlnaməsidir” layihəsi çərçivəsində çap olunan “Zəfər səlnaməsi” adlı kitabın təqdimatı keçirilib.
İdarədən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, təqdimatda “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Mustafayeva çıxış edərək şanlı Zəfər qələbəsindən söz açıb. “44 gün ərzində davam edən şərəfli döyüş nəticəsində işğalda qalan torpaqlarımız mənfur düşmənlərimizdən azad olunub. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib və azad edilmiş bütün torpaqlarda şanlı bayrağımız ucaldılıb. Bu gün hər bir azərbaycanlı qələbəni yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də unutmur, onları daim yad edir və əbədiyən qəlbində yaşadır. Biz də "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyi olaraq, 44 günlük Vətən savaşında qazanılan qələbənin sevincinə öz töhfəmizi qələbəmizlə verməyə çalışdıq”, - deyə P.Mustafayeva qeyd edib.
Kitabxananın direktoru Sevil Əliyeva gənclərimiz üçün belə kitabların önəmindən danışıb. “Müqəddəs Vətənin azadlığı və torpaqlarımızın yadelli işğalçılardan qorunması uğrunda minlərlə şəhid verdik, minlərlə qazilərimiz olub. Xalqımıza böyük qürur hissi yaşadan bu möhtəşəm qələbənin təmin olunmasında əsas pay sahibi rəşadətli Azərbaycan ordusu, şəhid və qazilərimizdir. Onları xatırlatmaq, gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur”,- deyə kitabxananın direktoru vurğulayıb.