16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
Vətən müharibəsi ilə bağlı yazılan kitabın ingilis dilində nəşrinin təqdimatı olub
Azərbaycan Dillər Universitetində (ADU) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və universitetin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, tədbirdə BŞİH-nin məsul əməkdaşları, universitetin müəllim, magistr və tələbələri iştirak ediblər.
Tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim olunan kitabın bu baxımdan önəmini vurğulayıb. 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan kitab Azərbaycan, rus və türk dillərində çap edilib və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir.
Çıxış edən BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, kitab BŞİH və Tarix İnstitunun birgə layihəsidir. Şöbə müdiri qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir. Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edilib. Hazırda isə kitabın ərəb və fars dillərində çapı ilə bağlı işlərə başlanılıb.
Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Qeyd edək ki, "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.