SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Huawei” əyilən ekranlı smartfonun istehsalına daha sonra başlayacaq

“Huawei” əyilən ekranlı smartfonun istehsalına daha sonra başlayacaq
14-06-2019, 20:34

“Huawei” şirkəti “Mate X” qatlanan ekranlı smartfonunu əlavə sınaqlardan keçirmək üçün istehsalına sentyabr ayında başlayacaq.

NAXCİVANXEBERLERİ.COM CNBC-yə istinadən xəbər verir ki, “Samsung”un “Galaxy Fold” əyilən telefonlarının bir neçə zəngdən sonra xarab olması çinli istehsalçını belə bir qərara vadar edib.

Qeyd edək ki, fevral ayında təqdimatı keçirilən “Mate X” “Galaxy Fold” kimi içəri yox, bayıra qatlanır. İlkin olaraq iyun ayından geniş istehsala başlanması nəzərdə tutulsa da, 5G formatını da dəstəkləyən 2,6 min dollarlıq “Mate X” əlavə sınaqlar üçün kütləvi istifadəçilərə bir qədər gec çatdırılmalı oldu.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930