16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:45 - Martın 26-sı Epilepsiya Xəstələri Günüdür
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO
Cari ilin yanvar ayında 24 elektron imza sertifikatı verilib
Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məluamat əsasən, Muxtar respublikada elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. Elektron imza vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin tamamilə elektron formata keçirilməsi və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərinin təmin edilməsi kimi bir sıra üstünlüklərə malikdir. İmzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.
Muxtar respublikada cari ilin yanvar ayında 2 sahibkar, 6 hüquqi şəxs və 16 dövlət qurumu olmaqla, ümumilikdə 24 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır.
Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, 2022-ci il ərzində 12 vətəndaş, 54 sahibkar, 64 hüquqi şəxs və 262 dövlət qurumu olmaqla, ümumilikdə 392 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.