13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”
12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib
12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”
12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"
12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb
Rabitəçi -mühəndislər “Kibergigiyena layihəsi”nə qoşulublar-FOTO
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyinə dair biliklərin artırılması və möhkəm kiberimmuna sahib olmaqdır.
Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “Kibergigiyena layihəsi”ndə Nazirliyin 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən olunub.
Qeyd edək ki, kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Buraya həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir. Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyena qaydaları kimi vərdiş halına çevirməkdir.