14:47 - Mahmudəli Çöhrəqanlı: "İranın terror təşkilatı son zamanlar Fazil Mustafanı təhdid edirdi"
14:40 - Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb
14:35 - 930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulmuş 2 130 IMEI koda “klon” statusu verilib
14:25 - "Qarabağ" "Qalatasaray"a cavab verib: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
14:20 - Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”
14:15 - Almaniya Ukraynaya "Marder" PDM-ləri göndərib
14:10 - ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
14:05 - Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır
14:00 - Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb - SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb-FOTO
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az) və Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) informasiya resursları AzStateNet şəbəkəsinə köçürülüb.
Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanmışdır.
Yeni hazırlanmış internet səhifələrinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytların domen ünvanları da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.