SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Twitter” Avropada qadağan oluna bilər

“Twitter” Avropada qadağan oluna bilər
4-12-2022, 11:31

“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu daxili bazar məsələləri üzrə avrokomissar Tyerri Breton deyib.

Onun sözlərinə görə, sosial şəbəkə qaydalara əməl etməsə cərimələnəcək: “Yox əgər bu proses davam etsə platformanı Avropada söndürə bilərik. Heç kəsin bunda şübhəsi olmamalıdır. Lazım gəlsə, biz bunu edəcəyik”.

Xatırladaq ki, avrokomissar “Twitter”in sahibi İlon Maskla görüş zamanı dezinformasiyanın aqresiv yürüdülməsindən imtinanın və gələn il platformanın irimiqyaslı müstəqil auditdən keçməsinin zəruriliyini onun diqqətinə çatdırıb. Sosial şəbəkə bunları etməsə Aİ-nin rəqəmsal xidmətlər sferasındakı qanunvericiliyini pozmaq riski ilə üzləşə bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728