SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika sakinlərinin dayanıqlı internet xidmətləri ilə təmin olunması məqsədi ilə rabitəçi-mühəndislərə seminar keçirilib-FOTO

Muxtar respublika sakinlərinin dayanıqlı internet xidmətləri ilə təmin olunması məqsədi ilə rabitəçi-mühəndislərə seminar keçirilib-FOTO
23-11-2022, 09:00

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri  tərəfindən Nazirliyin Aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəsissləri və kabelçi-lehimləyiciləri üçün “Avtomat telefon stansiyalarında yeni nəsil texnologiyaların tətbiq edilməsi” mövzusunda seminar keçirilib.

Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri Zhao Hongbo, Zhao Jun və İsmayıl Quliyev  muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığını yeni nəsil texnologiyalar vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq  təcrübələrdə geniş  istifadə olunan  texnologiyalardan slayd və video materiallar vasitəsilə rabitəçi - mühəndislərə geniş məlumatlar veriblər.

Vurğulanıb ki, bu texnologiyalar vasitəsilə internet kəsintilərinin qarşısının alınması, əhalinin yüksəksürətli internetlə təmin edilməsi, eləcə də istənilən sayda abonentlərə internetin verilməsi mümkündür.

Seminarda həmçinin, yeni GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyaları və üstünlüklərindən, eləcə də  IMS (IP Multimedia Subsystem - IP Multimedia Alt Sistemi) barəsində də danışılıb. Bildirilib ki, IMS IP protokolu əsasında telekommunikasiyada multimedia məzmununun ötürülməsi üçün yeni mobil şəbəkə infrastrukturudur, istifadəçilər üçün istənilən giriş şəbəkəsi, xüsusən də VoLTE (Voice over) üzərindən rabitə xidmətləri təqdim etmək üçün yeni texnologiyadır. Əvvəlcə yalnız multimedia xidmətlərinin çatdırılması platforması kimi inkişaf etdirilirdi, lakin sonradan əlaqəni tam idarə edən və müxtəlif giriş şəbəkələri ilə işləyən arxitekturaya çevrildi. Bu texnologiyanın istifadəsi ənənəvi şaquli arxitekturadan fərqli olaraq üfüqi arxitekturaya əsaslanır.

Qeyd olunub ki, IP Multimedia Alt Sistemi ilk olaraq mobil şəbəkələr üçün müəyyən edilsə də, standart tezliklə sabit xətt şəbəkələrində də istifadə olunur. Bu sistem üçün əsas tələblər mobil və ya stasionar şəbəkələri IP əsaslı şəbəkələrlə əlaqələndirmək və əlavə xidmətlər göstərməkdir. Bura səs, video-telefoniya kimi  IP əsaslı xidmətlər daxildir. 

Sonda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Nazirlik tərəfindən kadr hazırlığı prioritet olmaqla, işçilərin aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri diqqətdə saxlanılır.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031