SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda 10 ayda 182 sakin stasionar telefonla təmin edilib

Babək rayonunda 10 ayda 182 sakin stasionar telefonla  təmin edilib
18-11-2022, 15:55

Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyalardan səmərəli istifadə ümumi inkişafı sürətləndirib, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri genişzolaqlı internetlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Babək rayonunda da sakinlərə göstərilən rabitə və internet xidmətlərinin həcminin artırılması məqsədilə yeni nəsil avtomat telefon stansiyaları quraşdırılıb, mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılıb. Cari ilin yanvar-oktyabr aylarında  182 sakin yeni stasionar telefon xətti ilə, 845 abonent isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.

Bunlarla yanaşı, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi məqsədilə rayon rabitə idarəsinin aid əməkdaşları tərəfindən rabitə xətt təsərrüfatının vəziyyəti təhlil edilib, rayonun qəsəbə və kəndlərində rabitə xətlərində təmir-bərpa işləri həyata keçirilib. İnternet verilişində qırılmaların qarşısının alınması məqsədilə monitorinqlər aparılıb, həmin ərazilərdə yeni stasionar telefon xətlərinin çəkilişi üçün yeni kabellər çəkilməklə montaj tutumları artırılıb, paylayıcı şkaflarda zəruri texniki tədbirlər görülüb, istismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilib. Həmçinin, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilib, istismara yararsız rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülüb.

Rayon mərkəzində və kəndlərində də bir sıra qurumlara, o cümlədən yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Nehrəm qəsəbəsində, Xəlilli, Qoşadizə və Hacıvar kəndlərində “Naxtel” mobil operatoruna məxsus yeni qurulan baza stansiyalarına fiber-optik kabellər çəkilib. Qeyd olunanlarla yanaşı, müraciətlərinə uyğun olaraq abonentlərlə görüşlər keçirilib, ünvanlarında mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilib. Rabitə xidmətlərinin verilməsində yaranmış fasilələrə səbəb olan hallar aşkar edildiyi təqdirdə yaranmış nasazlıqlar qısa zamanda aradan qaldırılıb.

 

                                                  

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031