SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Xidmətindən VPN istifadə edənlərə xəbərdarlıq

Dövlət Xidmətindən VPN istifadə edənlərə xəbərdarlıq
21-09-2022, 15:46

Sərhəddə baş verən proseslər, eyni zamanda həyata keçirilən antiterror əməliyyatları zamanı çoxsaylı kiberhücumlar baş verir. Bu eyni zamanda 44 günlük Vətən müharibəsi, "Qisas" əməliyyatı zamanı da baş vermişdi. Məqsəd daha çox insanları hədəf almaqdır. 

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, insanların nə baş verdiyini öyrənməyə cəlb etmək üçün ajiotaj yaradan linkərə girməyə sövq edirlər:

"Böyük infrastrukturlara isə daha çox DDos hücumların şahidi oluruq ki, bu da xidmətdən imtinaya səbəb olacaq yanaşmadır. Bu ən çox yayılan hücum metodlarından olduğuna görə, xakerlər bu üsullardan istifadə edirlər. Bu günümüzdə də belə hallarla rastlaşırıq",- deyə Tural Məmmədov qeyd edib.

O həmçinin bloklamalar zamanı VPN-lərdən istifadə məsələsinin də gündəmə gəldiyini bildirib. "Son zamanlar VPN-lərin nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı suallar daxil olur. Bildiyiniz kimi, bir çox hücumları biz ölkə sərhədlərində bloklayırıq birinci səviyyəli provayderlər vasitəsilə. Bloklanan linkləri açmaq üçün VPN-dən istifadə zamanı ölkədən birbaşa xarici serverlərə qoşulmuş olursunuz, nəticədə bloklanmağın effektivliyi olmur və daha asan formada yoluxma ehtimalınız artır. Yəni bu baxımdan bu təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır", - deyə Tural Məmmədov əlavə edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930