SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərinin Əliabad qəsəbəsində və Babək məhəlləsində yeni avtomat telefon stansiyaları quraşdırılır-FOTO

Naxçıvan şəhərinin Əliabad qəsəbəsində və Babək məhəlləsində yeni avtomat telefon stansiyaları quraşdırılır-FOTO
19-09-2022, 19:19

Muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən olan rabitə və yeni texnologiyaların inkişafına xüsusi diqqət göstərilir. Bu məqsədlə rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində bir

sıra tədbirlər həyata keçirilir.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, cari ilin ötən dövrü ərzində muxtar respublikada ümumilikdə, 1888 nömrə yerlik 5 ədəd yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilmişdir.

Məqsədyönlü tədbirlərin davamı olaraq sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsi döngə 23 ünvanında 576 nömrə tutumlu yeni NGN tipli Avtomat Telefon stansiyasının qurulması məqsədilə müvafiq işlər həyata keçirilir. Belə ki, Avtomat Telefon Stansiyasının yerləşdiyi ərazidə ilkin olaraq dəmir-betonlama işləri görülərək tamamlanmış, 2 ədəd telefon paylayıcı şkaf quraşdırılır, 1300 metrdən artıq fiber-optik kabel və 2000 metrdən artıq isə müxtəliftutumlu  kabellər çəkilir.

Məlumat üçün bildirək ki, Əliabad qəsəbəsində  bir ədəd 1376 nömrə tutumlu NGN tipli Avtomat Telefon Stansiyası fəaliyyət göstərir. Lakin, qəsəbədə sakinlərin, o cümlədən yeni inşa edilən fərdi yaşayış evlərinin artımı nəticəsində yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Bu məqsədlə də qəsəbə sakinlərinin rabitə və internet  xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə əlavə olaraq ikinci yeni nəsil avtomat telefon stansiyasının quraşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir.

Həmçinin, sakinlərin müraciətləri nəzərə alınaraq Naxçıvan şəhərinin Babək məhəlləsi 22 ünvanında da 576 nömrə yerlik yeni Avtomat Telefon Stansiyasının quraşdırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə həmin ərazidə betonlama işləri yekunlaşmış, 2 ədəd paylayıcı şkaf, 80 metr fiber-optik kabel və 2500 metrə yaxın müxtəliftutumlu  kabellər çəkilir. Qeyd edək ki, həmin zonada yeni inşa olunan çoxmənzilli yaşayış binaları, fərdi evlər, eləcə də idarə, müəssisə və təşkilatların rabitə xətləri Babək məhəlləsində yeni quraşdırılan Avtomat Telefon Stansiyası üzərindən qoşulması təmin ediləcəkdir.

Hər iki ərazidə yeni quraşdırılacaq avtomat telefon stansiyalarının ətrafının mühafizə məqsədilə çəpərlənməsi və fiber-optik nişan dirəklərinin basdırılması da nəzərdə tutulub.

 

                                      

                                                    

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930