SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən 7 ayda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

Ötən 7 ayda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub
2-08-2022, 16:44

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, telekommunikasiya sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin həyata keçirilməsinə əsaslı zəmin yaradıb. Əhalinin müasir rabitə xidmətləriylə təmin edilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilib.  

Naxçıvan Muxtar Respublikası Ali  Məclisi  Sədrinin diqqət və qayğısı ilə Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Əhalinin müsair rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində, Şahbuz şəhərində, Babək rayonunun  Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində ümumilikdə, müxtəliftutumlu 4 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası quraşdırılıb. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə 1088 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülmüşdür. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.

Qeyd olunanlarla yanaşı, Nazirliyin aid mütəxəssislərinin iştirakı ilə yerlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılıb, internet verilişində qırılmaların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

 

                                                 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031