SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rabitəçilər “Türk Telekom İnternational” şirkətində təcrübə keçiblər-FOTO

Rabitəçilər  “Türk Telekom İnternational”  şirkətində təcrübə keçiblər-FOTO
1-08-2022, 17:17

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Türk Telekom İnternational” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində   Nazirliyin mühəndisləri mobil operatorun Bursa şəhərində yerləşən telekommunikasiya sahəsində real iş şəraitində təcrübə keçiblər. “Türk Telekom İnternational” şirkətinin departament  direktoru Alper Güzelin koordinasiyası ilə mobil operatorun peşəkar mühəndisləri Servet Özkan və Atakan Avcı tərəfindən rabitəçilərə telekommunikasiya sahəsində istifadə olunan yeni nəsil avadanlıqların iş prinsipi, baza stansiyaları, hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber-optik kabel xətləri vasitəsilə yaradılmış arabağlantı, informasiya daşıyabilən avadanlıqlar, tezlik diapozonları, rominq əlaqələri, səs, data və SMS xidmətləri barəsində ətraflı məlumatlar verilib.

Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, həmçinin, təlimlər zamanı onlar fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi haqqında məlumatlandırılıblar. Bildirilib ki, linzalarla təchiz edilmiş qaynaq aparatı çəkilən lifin nüvə boyunca dəqiq düzülməsini təmin edir. Bundan əlavə, bu cür linzalar qaynaq avadanlığına müxtəlif növ lifləri ayırmağa imkan da yaradır. Bunlarla yanaşı, kabellərdə yaranmış nasazlığı aşkar edən, operativ olaraq obyektin yeri və sürəti barədə, eləcə də fiber-optik liflərin siqnalını yoxlayan Optik Şəbəkə İdarəetmə Sistemi (ONMS-Optical Network Management System) cihazı barəsində də məlumatlar verilib. Qeyd edilib ki, həmin cihaz işçi qüvvəsinin məhsuldarlığını artırmaqla yanaşı, uzaq məsafədən fiber-optik şəbəkələrin idarə edilməsini asanlaşdırır. Sistem lifin deqradasiyasını dəqiq müəyyən edir.

Təlim zamanı mühəndislər yeraltı kabellərin tapılması üçün istifadə edilən radar cihazının iş prinsipi ilə yaxından tanış olub, internet üzərindən xəritədə yerləşən bölgələrdəki kabellərin yerini təyin edən proqramın iş prosesini də izləyiblər.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində Nazirliyin mühəndislərinə dünyanın aparıcı şirkətlərindən olan Prysmian Groupun Türkiyə Respublikasının Bursa şəhərində yerləşən Mudanya fabrikində təlim keçirilib.

Keçirilən bu təlimlər rabitəçi-mühəndislərin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradacaqdır.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031