SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinqlər keçirilib-FOTO

Sədərək rayonunda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinqlər keçirilib-FOTO
29-06-2022, 17:44

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən əhalinin müasir telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədiləzəruri tədbirlər həyata keçirilir. Belə ki, yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır, mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılır, o cümlədən, rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə Nazirliyin səlahiyyətli mütəxəssisləri tərəfindən şəhər və kəndlərdə monitorinqlər aparılır. Həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq,Sədərək rayonunun Heydərabad qəsəbəsində və kəndlərindəsakinlərin keyfiyyətli internet və rabitə xidmətlərindən istifadə etmələri üçün rabitə xətlərinə və abunə qurğularına baxış keçirilib, rabitə kabellərindəki zədələnmələr, o cümlədən, xətlərdəki digər nasazlıqlar aşkar edilməklə nöqsanlar aradan qaldırılıb və internetin verilişi bərpa edilib. Həmçinin, abonentlərlə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, ünvanlarında mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilib, yaranmış problemlərin aradan qaldırılması  istiqamətində zəruri işlər görülüb. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, qeyd edək ki, monitorinqlər zamanıinternet qırılmalarını müəyyən etmək üçüntelekommunikasiya sahəsində müasir tələblərə cavab verən “Argus 156 tester” markalı cihazdan istifadə edilir ki,  bu da öz növbəsində abonentin ünvanına daxil olan internetin gücünün və sürətinin ölçülməsini də mümkün edir.

Nazirliyin mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə profilaktik tədbirlər həyata keçirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər sakinlərin rahatlıqla internet xidmətlərindən istifadəsinə şərait yaradacaqdır.

 

 


Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031