SON DƏQİQƏ

naxcivanxeberleri.com

EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına krediti təsdiqləyib

EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına krediti təsdiqləyib
12-05-2022, 10:40

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib.

NAXCİVANXEBERLERİ.COM EBRD-yə istinadən məlumat verir, layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir.

Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.

Bildirilir ki, kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə ayrılıb.

Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək.

Layihə həmçinin, illik təxmini “CO2” emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031