00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb-FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb.
NAXCİVANXEBERLERİ.COM nazirliyə istinadən xəbər verir ki, layihə bu yaxınlarda təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.
Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan sürücülər ödənişsiz iştirak edə biləcəklər. Sürücülərin təhsil haqqını "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi ödəyəcək. Eyni zamanda DANX ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.
Təlimlərdən sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılacaq. Bu məlumatlar həm DANX, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim ediləcək.