SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

“Volvo” 6 mindən çox avtomobili geri çağırır
13-05-2019, 19:13

İsveçin məşhur avtomobil istehsalçısı "Volvo” Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.

NAXCİVANXEBERLERİ.COM Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90” modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.

İyunda başlayacaq prosesdə "Volvo” qüsurlu hissələri öz hesabına dəyişəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031