SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Google", "Facebook", "WhatsApp" Rusiyaya 22 milyon rubl cərimə ödəyib

"Google", "Facebook", "WhatsApp" Rusiyaya 22 milyon rubl cərimə ödəyib
12-01-2022, 19:30

"Google", "Facebook", "WhatsApp" şirkətləri Rusiyada istifadəçilərin fərdi məlumatları ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təyin olunan cərimələrin 22 milyon rublunu (300 min dollara yaxın) ödəyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları, Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidməti bildirib.

Qeyd olunub ki, 2021-ci ildə Moskva şəhər Taqan rayon məhkəməsi "WhatsApp"ı 4 milyon, "Google"ı 3 milyon, "Facebook"u isə 15 milyon rubl məbləğində cərimələmişdi.

Eyni qanun pozuntusuna görə 17 milyon rubl cərimələnmiş "Twitter" isə cəriməni ödəməyib.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya məhkəməsi "Google" şirkətini 16 ayrı protokol üzrə 98 milyon dollara yaxın cərimələmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31