SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xiaomi” 2024-cü ildən etibarən elektromobillərin kütləvi istehsalına başlayacaq

“Xiaomi” 2024-cü ildən etibarən elektromobillərin kütləvi istehsalına başlayacaq
19-10-2021, 18:33

“Xiaomi” şirkəti 2024-cü ilin birinci rübündən etibarən elektromobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin investorlarla görüşü zamanı bildirilib.

“Xiaomi” şirkətinin Baş direktoru Ley Szyunun sözlərinə görə, elektrokarın təqdimatı daha tez keçiriləcək.

“Xiaomi” elektromobilləri smartfon cihazlarından tutmuş ağıllı evlərədək müxtəlif hissələri olan vahid ekosistemin bir parçası etmək niyyətindədir.

Elektrokarın hazırlanması üçün artıq Pekin yaxınlığında 453 mütəxəssisin çalışdığı elmi-tədqiqat mərkəzi yaradılıb. Maşınların istehsalı isə digər zavodlarda həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031