SON DƏQİQƏ

naxcivanxeberleri.com

"WhatsApp"-ın bir akauntunu bir neçə telefonda açmaq mümkün olacaq

"WhatsApp"-ın bir akauntunu bir neçə telefonda açmaq mümkün olacaq
3-06-2021, 18:50

"WhatsApp" mesencerində bir akauntu eyni zamanda dörd cihazda açıb işlətmək imkanı yaradan dəyişiklik hazırlanır.

NAXCİVANXEBERLERİ.COM “WABetaInfo”-ya istinadən xəbər verir ki, bu barədə “Facebook” və “WhatsApp” rəhbərləri bildirib. Hazırda isə akaunt ikinci telefonda açıldıqda birincisində avtomatik olaraq bağlanır. Yeni funksiya iştirakçı telefonlardan biri söndükdə belə davam edəcək.

Bununla yanaşı, “WhatsApp”-da ismarıcları bir dəfə oxuduqdan sonra avtomatik silən funksiya üzərində də çalışmalar davam edir. Həmçinin “silinən ismarıc” funksiyasını da artıq bütün çatlarda işə salmaq mümkün olacaq.

Yeni funksiyalar ilkin olaraq “WhatsApp”-ın beta versiyalarından birində tətbiq olunacaq, sonrakı mərhələdə bütün istifadəçilər üçün çatımlı olacaq. Həmçinin iPad tabletləri üçün də ayrıca versiya üzərində işlər getdiyi bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930