SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fərdi kompüter bazarında lider dəyişikliyi olub

Fərdi kompüter bazarında lider dəyişikliyi olub
13-04-2019, 15:48

"Gartner" şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. "HP Inc." şirkətini geridə qoymuş "Lenovo" birinci pillənin sahibi olub.

NAXCİVANXEBERLERİ.COM bizplus.az-a istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə "Lenovo" şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. "HP Inc." şirkətində bu göstərici 21.9% təşkil edir.

"HP Inc." şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış "Dell" şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-martında artım 1,5% təşkil edib.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930