SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Yandex” yeni xidmət yaratdı

“Yandex” yeni xidmət yaratdı
13-04-2019, 12:07

"Yandex" və "PURINA" brendi ev heyvanlarının axtarışı üzrə yeni xidməti işə salıblar.

Rusiya mətbuatı yazır ki, indi insanlar itmiş və tapılan it, pişik haqqında yaxınlıqda yaşayan internet istifadəçilərinə məlumat verə biləcəklər. Bu, ev heyvanının sahibinə qaytarılması şansını artıracaq.

NAXCİVANXEBERLERİ.COM bizplus.az-a istinadən bildirir ki, son illər ərzində "Yandex"də itmiş və tapılan it, pişik haqqında yarım milyondan çox sorğu veriblər. Görünür ki, bu statistik məlumat şirkəti öz sevimlilərini tapmağa kömək edən, nizama salınmış alət hazırlamağa sövq edib.

İndi itmiş və tapılan ev heyvanları haqqında insanlar platformaya daxil olub elan yerləşdirə bilərlər. Amma elanda onlar ev heyvanının parametrlərini, foto, öz mobil telefonu, elektron poçtu, rayonunu və onu itirdiyi və tapdığı ərazini qeyd etməlidirlər. Bu əməliyyatdan sonra, istifadəçilərin elanları "Yandex"də və "Reklam Şəbəkəsində" çıxacaq. Belə ki, əvvəlki sorğular da məhz həmin yerlərdə olurdu. Beləliklə, bu elanları o insanlar görəcək ki, onlar ev heyvanlarının həmin rayon ərazisində itiriblər.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930