SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Instagram" və "WhatsApp"ın işində problemlər yaranıb

"Instagram" və "WhatsApp"ın işində problemlər yaranıb
19-03-2021, 21:57

"Facebook" şirkətinə məxsus "Instagram" və "WhatsApp" sosial şəbəkələrinin işində problemlər yaranıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Instagram"ın işində texniki problemlər əsasən ABŞ, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrində, "WhatsApp"ın işində isə əsasən ABŞ, Rusiya, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və digər ölkələrdə müşahidə edilir.

Bildirilir ki, "Instagram"da istifadəçilərin təxminən 76 faizi xəbər lentində, 15 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

"WhatsApp"da problemlərlə bağlı şikayət edən istifadəçilərin təxminən 71 faizi şəbəkəyə qoşulmada, 26 faizi ismarıcların göndərilməsi və alınmasında, 1 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

Qeyd edək ki, sözügedən sosial şəbəkələrin işində Azərbaycanda da problemlər müşahidə edilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930