SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda istifadəçilərinin sayına görə sosial şəbəkələr arasında "Twitter" birinci olub

Azərbaycanda istifadəçilərinin sayına görə sosial şəbəkələr arasında "Twitter" birinci olub
1-02-2021, 20:32

2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb

NAXCİVANXEBERLERİ.COM bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib.

"YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə bərabər olub.

“Pinterest”in payı 13,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,45 faiz təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31