SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq

Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq
11-01-2021, 18:35

Çinin “Baidu” və “Geely” şirkətləri birgə “ağıllı” elektrik avtomobillər istehsal edəcək şirkət yaratmaq barədə razılığa gəliblər.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, “Geely” avtomobil istehsalını həyata keçirəcək, “Baidu” isə proqram təminatı və texnologiyaları hazırlayacaq.

“Baidu”nun açıqlamasına görə, yeni şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək.

“Baidu”nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində daha ağıllı məhsullara yaranan tələbatı qarşılamaq üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.

Qeyd edək ki, Çində ən böyük axtarış sisteminə malik olan “Baidu”nun pilotsuz avtomobil idarəetməsi texnologiyası da var.

Qeyd edək ki, ötən gün “Hyundai” ilə “Apple” arasında da bu ilin mart ayında müştərək elektrik avtomobil istehsalına dair müqavilə imzalamaq niyyəti açıqlanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031