SON DƏQQƏ

naxcivanxeberleri.com

Çində elektromobilin geniş tətbiqi neft dövrünün sonunu yaxınlaşdıra bilər

Çində elektromobilin geniş tətbiqi neft dövrünün sonunu yaxınlaşdıra bilər
20-11-2020, 20:35

Çində elektrikli avtomobillərdən istifadənin sürətlə genişlənməsi 2030-cü ilə qədər qlobal neft istehlakını 70% azalda və neft dövrünün sonunu yaxınlaşdıra bilər.

NAXCİVANXEBERLERİ.COM “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu qənaətə “Carbon Tracker” araşdırma mərkəzi gəlib.

Mərkəzin mütəxəssisləri hesab edir ki, yeni enerjili nəqliyyat vasitələrinin (NEV) satışının tədricən artdığı Çində yaxın 10 ildə benzinə tələbat kəskin azalacaq və bu, ölkəyə 80 milyard ABŞ dollarından artıq vəsaitə qənaət etməyə imkan verəcək. Bu araşdırma 2030-cu ilə qədər Çində avtomobil satışlarının 40 %-nin, Hindistan və s. inkişaf edən ölkələrdə isə 20 %-nin elektromobillərin payına düşəcəyi barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) “ehtiyatlı” proqnozuna söykənir.

Araşdırmaya görə, bir ədəd ənənəvi avtomobili yanacaqla doldurmaq üçün sərf olunan neft bir ədəd elektrikli avtomobili dolduran günəş batareyası avadanlığından 10 dəfə baha başa gəlir. Üstəlik, elektrik enerjisinin hasil olunduğu bərpa olunan enerji mənbələri tədricən ucuzlaşır.

İqlim dəyişikliyinin başlıca amillərindən olan istixana qazlarını azaltmaq, bununla da havanın keyfiyyətini artırmaq istiqamətində Çində görülən məqsədyönlü işlərin mühüm istiqaməti elektrikli avtomobillərinin daha geniş tətbiqidir. Ölkədə ənənəvi yanacaqla işləyən avtomobillərə nə zaman qadağa qoyulacağı hələlik bəlli olmasa da, bu yaxınlarda verilən rəsmi açıqlamaya görə, 2035-ci ilə qədər avtomobil satışlarının 50 %-i NEV-lərin, qalan 50 %-i isə hibrid avtomobillərinin payına düşməlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30