SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çin məhkəmələrində süni intellekt texnologiyalarından istifadə ediləcək

Çin məhkəmələrində süni intellekt texnologiyalarından istifadə ediləcək
13-03-2019, 21:46

Çin məhkəmələrində məhkəmə qərarlarının icrası zamanı xidmətlərin yaxşılaşması və "ağıllı” məhkəmələrin inkişaf etdirilməsinə kömək məqsədilə süni intellekt texnologiyalarından istifadə ediləcək. Bu haqda Çin Ali Xalq Məhkəməsindən məlumat verilib.

Çin Ali Xalq Məhkəməsinin informasiya mərkəzinin direktorunun sözlərinə görə, ölkədə xalq məhkəmələri ərizələrin elektron təqdim edilməsi üçün mobil proqramlardan istifadə edəcək, mobil elektron məhkəmə proseslərini təşviq edəcək, həmçinin "ağıllı” proqramlara məhkəmə proseslərinin bütün aspektlərini əhatə etməyə imkan verən mobil mikro məhkəmələr yaradacaqlar.

"Ağıllı” məhkəmələrin yaradılmasına gəlincə, xalq məhkəmələri məhkəmə qərarlarının dəqiq icrasına, istintaq altında olan insanların holoqramlarının yaradılmasına, həmçinin sosial kredit sistemi ilə əlaqə qurulmasına önəm verəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 97
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031