SON DƏQQƏ

naxcivanxeberleri.com

"Google" şirkəti "Chrome" və reklam biznesinin bir hissəsini satmaq məcburiyyətində qala bilər

"Google" şirkəti "Chrome" və reklam biznesinin bir hissəsini satmaq məcburiyyətində qala bilər
13-10-2020, 02:19

ABŞ-ın internet nəhəngi sayılan "Google" korporasiyası "Chrome" brauzeri və reklam biznesinin bir hissəsini itirə bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Politico" nəşri yazır.

Qeyd olunur ki, bu məsələ ABŞ-ın Ədliyyə Nazirliyi və ölkənin Baş prokuroru tərəfindən nəzərdən keçirilir.

Bu gündəm ABŞ Konqresinin dörd İT nəhəngi – "Amazon", "Apple", "Facebook" və "Google"a qarşı antiinhisar istintaqının nəticəsidir.

Ədliyyə Nazirliyi tərəfindən bir neçə həftə ərzində "Google"a qarşı iddialarla bağlı rəsmi dinləmənin keçirilməsi gözlənilir.

Şirkətin "Chrome" və reklam biznesinin bir qismini satmaq məcburiyyətində qalmasına əsas səbəb "Google" brauzerdə üçüncü tərəflərin "cookie" fayllarının dəstəkləməkdən imtina etməsi və "DoubleClickBidManager" reklam alətini almaq üçün avtomatlaşdırılmış platformasıdır.

Korporasiya onlayn reklam bazarının 37,2%-nə nəzarət edir. 2019-cu il üzrə şirkətin gəliri  təxminən 130 mlrd. dollar olub. "Google" öz məhsullarını tanıtmaqda günahlandırılır. Belə ki, məhz onlar axtarış sorğusu nəticələrinin ilk sətirlərində göstərilir. Bu isə rəqabətə zidd addım kimi qiymətləndirilir.

Bulud biznesinin və "Fitbit"in satınalması isə şirkətin mövqeyini daha da gücləndirə bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031