SON DƏQQƏ

naxcivanxeberleri.com

Xiaomi-dən iki yeni smartfon!

Xiaomi-dən iki yeni smartfon!
1-10-2020, 04:05

Xiaomi Mi 10T və Mi 10T Pro smartfonları rəsmi şəkildə elan olunub. 


Hər iki model aşağı seqment üçün nəzərdə tutulub. 


Nazik çərçivəli dizayn ilə önə çıxan smartfonların texniki göstəriciləri də çox bənzərdir. 


Mi 10T modelində Corning Gorilla Glass 5 ilə qorunan 6,67 düymlük FHD+ 144 Hz IPS LCD ekran, Snapdragon 865 prosessoru, 33W sürətli enerjiyığma dəstəkli 5000 mAs batareya 6/8 GB operativ, 128GB daxili yaddaş qarşımıza çıxır.


Ön kamerası 20 Mp olan telefonun arxa kamerası 64 MP əsas, 13 Mp ultrageniş, 5 Mp makrokameralardan ibarətdir. 


Model barmaq izi texnologiyası ilə təmin edilib. 


Telefon 499 avrodan başlayan qiymətlərlə satışa çıxarılacaq. 8 GB operativ, 128 GB daxili yaddaşa malik versiya isə 549 avroya satılacaq. 


Xiaomi Mi 10T Pro modeli isə Corning Gorilla Glass 5 ilə qorunan 6,67 düymlük FHD+ 144 Hz IPS LCD ekran, Snapdragon 865 prosessoru, 33W sürətli enerjiyığma dəstəkli 5000 mAs batareya, 8 GB operativ, 128GB daxili yaddaşla təmin olunub. 


Ön kamerası 20, arxa kamera isə 108Mp-dir. Üstəlik 13 MP ultrageniş, 5 Mp makrokameralarla təchiz olunub. 8K video çəkə bilən telefon Dual Video xüsusiyyətinə də malikdir. Beləcə, eyni vaxtda həm ön, həm arxa kamera ilə video çəkmək mümkün olacaq. 


Barmaq izi texnologiyası ilə təmin olunan smartfon 599 avrodan başlayan qiymətlə satışa çıxarılacaq. 256 GB-lıq versiya isə 649 avroya satılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031