SON DƏQQƏ

naxcivanxeberleri.com

“Google Pixel 5”in göstəriciləri internetə sızıb

“Google Pixel 5”in göstəriciləri internetə sızıb
23-09-2020, 21:20

“Google”un yeni qabaqcıl smartfonu “Pixel 5”in təfərrüatları rəsmi təqdimatından bir həftə öncə internetə sızdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə məlumatı “WinFuture” yayıb.

Məlumata görə, rəsmi olaraq “Google Pixel 5” “dördlüyün” varisi hesab edilsə də, yeni smartfon flaqman platformasında deyil, “Snapdragon 765G” prosessorunda qurulub. Bununla belə, smartfonda beşinci nəsil mobil şəbəkənin olacağı vəd olunub. “Pixel 5”in daxili yaddaşı 128 GB və operativ yaddaşın isə 8 GB olacağı gözlənilir.

Bundan başqa, smartfon 6 düymlü 2340x1080 piksel ölçülü OLED-displey əldə edəcək. O, görüntünü 90 Hs tezliklə yeniləyə biləcək.

Qeyd olunub ki, 8 meqapiksel ön kamera matrisə yerləşdirilib. Əsas kamera modulu dəbə zidd olaraq ikisensorlu olacaq: əsas 12,2 meqapiksel və ultra geniş bucaqlı 16 meqapiksel. Smartfon “Pixel” seriyasının digər modellərindən fərqli olaraq irihəcmli batareyaya sahib olacaq: saatda 4080 MA.

Yeni flaqman “Pixel”in Avropada 629 avrodan satılacağı gözlənilir.

Qeyd edək ki, “Google Pixel 5”in təqdimatı sentyabrın 30-da keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031