SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda milli sosial şəbəkələrin yaradılması təklif edilir

Azərbaycanda milli sosial şəbəkələrin yaradılması təklif edilir
6-03-2019, 09:21

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, H.Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür.

Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib:

"Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930