SON DƏQQƏ

naxcivanxeberleri.com

Telegram video zəng funksiyasını işə saldı

Telegram video zəng funksiyasını işə saldı
15-08-2020, 15:41

Telegram Messenger yeni funksiyanın işə salınmasını elan edib. 

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, messenger istifadəçiləri artıq videozəngdən istifadə edə bilərlər. 

 

Hazırda funksiya yalnız Android əməliyyat sistemi ilə təchiz olunan smartfonlarda işləyir.

 

Telegram nümayəndələri yeniliyin “400 milyondan çox istifadəçiyə sahib platformanın” (Telegram) yeddinci ildönümünə həsr olunduğunu açıqlayıblar. 

 

Bundan əlavə, telegram-çılar iOS istifadəçilərindən üzr istəyib. Bildirilib ki, yeniliyin iOS təminatlı smartfonlarda mövcud olmaması Apple moderatorlarının tətbiqin yeni versiyasını vaxtında yoxlaya bilmədiklərindən irəli gəlir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930