SON DƏQQƏ

naxcivanxeberleri.com

Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq

Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq
14-08-2020, 05:24

Üzərində araşdırmaların illərdir davam etdiyi, Wi-fi texnologiyasını əvəzləyəcəyi gözlənilən Li-fi yaxın vaxtlarda istifadəyə veriləcək.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, LetsGoDigital-ın yayımladığı hesabata görə, OPPO şirkəti Wi-fi əvəzinə Li-fi texnologiyasını dəstəkləyən smartfon üzərində çalışır. Artıq sözügedən layihə üçün patent alınıb. 

 

Yeni modelin dar çərçivəyə sahib, tam ekrandan ibarət smartfon olacağı, Li-Fi texnologiyasının isə cihazın arxasına bərkidiləcəyi gözlənilir. Bu sensorun arxa kameranın yanında və ya yuxarısında olacağı təxmin edilir. 

 

Hazırda işlərin hansı aşamada olduğu, cihazın nə zaman təqdim olunacağı barədə isə rəsmi açıqlama verilməyib. 

 

Xatırladaq ki, PureLiFi şirkəti ötən il keçirilən Dünya mobil konqresində bu texnologiyanın 2020-ci ildə istifadəyə veriləcəyini söyləmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930