SON DƏQQƏ

naxcivanxeberleri.com

Şəffaf “Xiaomi” televizoru təqdim edilib

Şəffaf “Xiaomi” televizoru təqdim edilib
13-08-2020, 02:11

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət kütləvi istehsal mərhələsində olan tam şəffaf televizordan gedir. O, 5,7 millimetr qalınlığında 55 düym diaqonallı şəffaf “OLED” ekranla təchiz edilib. Bundan başqa, televizor 120 giqaherslik yüksək yeniləmə tezliyinə malikdir. Həmçinin panel 10 bitlik rəng dərinliyi və “DCI-P3” rəng qammasını 93 faiz əhatə etməsi ilə xarakterizə olunur. Ekranın reaksiya vaxtı 1 milli saniyə təşkil edir.

“MediaTek 9650” birkristallı sistemi ilə təchiz edilən qurğu “MEMC” və “Dolby Atmos” hərəkət kompensasiya texnologiyasını dəstəkləyir. Qiyməti 7100 dollar təşkil edəcək televizorun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, şəffaf televizorlar əvvəllər də nümayiş olunub. Belə ki, 2019-cu ildə “IFA” sərgisində “Panasonic”, 2017-ci ildə “LG”, 2016-cı ildə isə “Samsung” ilk belə qurğusunu nümayiş etdirib. Lakin hazırda söhbət ilk kommersiya istifadəsinə verilən qurğudan gedir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930