SON DƏQQƏ

naxcivanxeberleri.com

“iPhone”ların satışı 30 faiz azala bilər

“iPhone”ların satışı 30 faiz azala bilər
10-08-2020, 19:25

Çinin “WeChat” proqramının bütün dünya üzrə “AppStore”dan silinməsi qərarı qəbul edilərsə, “iPhone”ların satışı 30 faiz azala bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “WeChat” tətbiqi Çin ərazisində təkcə ünsiyyət üçün deyil, həm də onlayn alış-veriş, gedişhaqları, eləcə digər gündəlik ehtiyaclar üçün istifadə olunur.

Bu proqram “AppStore”dan silinsə, çinlilərin “iPhone”lara marağı azala bilər. Bu isə satışların 25-30 faiz azalmasına səbəb olar.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ““WeChat” təhdidi ilə mübarizə” barədə fərmanı imzalayıb. Fərmana əsasən, sənəd qüvvəyə mindikdən 45 gün sonra “WeChat”la bağlı bütün ödənişlər qadağan olunacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930