SON DƏQQƏ

naxcivanxeberleri.com

iOS 14 gözlənilirdi, iPhone OS gəlir - İDDİA

iOS 14 gözlənilirdi, iPhone OS gəlir - İDDİA
19-06-2020, 02:26

WWDC-2020 çərçivəsində təqdim olunacaq iOS 14 əməliyyat sistemi üçün əsl sürpriz təşkil edən iPhone OS xəbəri yayılıb. 

 

NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Apple ilə bağlı ən etibarlı mənbəyə çevrilən Jon Prosser gözlənilməz detalla bağlı açıqlama verib. 

 

Açıqlamada bildirilir ki, Apple iOS 13-ün yerini alacaq yeni mobil əməliyyat sisteminə iOS 14 yox, iPhone OS adını verəcək.

 

Daha öncə hansısa ipucu verilməyən bu ad kifayət qədər gözlənilməz, eyni zamanda da məntiqlidir. Çünki firma iPad-lərin iOS versiyasına iPadOS adını verir. Eyni şəkildə Apple Watch-ların əməliyyat sisteminə də WatchOS deyilir. Bu prizmadan yanaşdıqda sızıntı heç də məntiqsiz görünmür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930