SON DƏQQƏ

naxcivanxeberleri.com

Smartfon bazarının lideri dəyişdi

Smartfon bazarının lideri dəyişdi
17-06-2020, 06:22

Dünyanın aparıcı smartfon istehsalçılarının üçlüyündə dəyişiklik baş verib. Bununla da əvvəlki bazar lideri olan Samsung ikinci yerə sahib olub.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 2020-ci ilin aprel ayından etibarən “Huawei” şirkəti smartfon bazarının lideri olub.

 

Çin istehsalçısı bazarın 19%-ini ələ keçirməyi bacarıb, Samsung isə ondan 2% geridə qalaraq bazarın 17%-ni təşkil edir.

 

Üçüncü yeri Apple şirkəti tutmağa davam edir.

 

Ekspertlər belə bir vəziyyətə gətirib çıxaran bir neçə səbəbi qeyd edirlər: 

 

Birincisi, “Huawei” ABŞ tərəfindən tətbiq edilən sanksiyalara görə mağazasını inkişaf etdirmək üçün maraqlı məhsullar təklif edir. Bundan başqa, Amerika Hakimiyyəti ilə yaranan münaqişə istehsalçının öz bazarında daha fəal şəkildə dəstəklənməsinə gətirib çıxarır.

 

İkincisi, COVİD-19 pandemiyası ilə bağlı yaranan vəziyyət də buna təsir edə bilər. Aprel ayında Avropa və ABŞ bazarı koronavirusun yayılmasından əziyyət çəkirdi, buna görə də bu, Samsung-un satışlarına təsir göstərdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930