SON DƏQQƏ

naxcivanxeberleri.com

Apple və Samsung ikinci əl smartfon bazarında liderdir

Apple və Samsung ikinci əl smartfon bazarında liderdir
13-06-2020, 07:09

Counterpoint şirkətinin məlumatına görə, ötən il də ikinci əl telefon alanların sayı çox olub. Yenilənmiş smartfon bazarında formal olaraq 1% azalma olsa da, ümumi azalma göstəricisi minimaldır.

 

NAXCİVANXEBERLERİ.COM şirkətə istinadən xəbər verir ki, ötən il ərzində qlobal miqyasda 137 milyon ikinci əl telefon satılıb. 

 

ABŞ, Çin və Avropada istifadəçilər arasında yenidən qurulan cihazlara maraq orta hesabla 6% azalıb. 

 

Yaponiyada isə bu göstərici 8% olub. Lakin Hindistanda, Latın Amerikasında və Afrikada bu cür cihazların satışında artım müşahidə olunub. Bu bölgələrdə müvafiq olaraq 9%, 6% və 2% artım qeydə alınıb. 

 

Apple və Samsung ikinci əl smartfon satış bazarında lider olub. Huawei də performansını artıra bilib. Lakin ABŞ sanksiyaları istehsalçının biznesinin bu sahəsinə də mənfi təsir göstərəcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930