SON DƏQQƏ

naxcivanxeberleri.com

Apple məhsullarını xüsusi hissəli ödənişlə almaq mümkün olacaq

Apple məhsullarını xüsusi hissəli ödənişlə almaq mümkün olacaq
9-06-2020, 05:13

Apple yaxın günlərdə müştərilərə məhsullarını hissəli ödəniş ilə almaq üçün şərait yaradacaq. Məhz bundan sonra Mac və iPad cihazlarını Apple Card vasitəsilə almaq mümkün olacaq. 


NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu zaman alıcı məbləği bir neçə ay ərzində faizsiz ödəyə biləcək.


Mac kompüteri, Apple Pencil stilusu və iPad üçün bir illik, AirPods, Apple TV konsolu və HomePod ağıllı kolonka üçün altı aylıq, iPhone üçün isə iki illik hissəli ödəniş təklif olunur.


Xatırladaq ki, Apple Card 2019-cu ildə Goldman Sachs bankı ilə əməkdaşlıq çərçivəsində buraxılıb. Kartı “Wallet” tətbiqi vasitəsilə idarə etmək mümkündür. Hələki Apple Card-ın rəsmiləşdirilməsi yalnız ABŞ-da və ABŞ vətəndaşları üçün əlçatandır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930