SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan bu sahədə MDB-də liderdir

Azərbaycan bu sahədə MDB-də liderdir
12-12-2018, 21:43

Dünya əhalisinin yarısından çoxunun internetə çıxış imkanı var.

Naxcivanxeberleri.com xəbər verir ki, bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.

Sənəddə 2016-cı il üzrə MDB ölkələrinin əhalisinin internetə çıxış imkanları göstərilib. Azərbaycan 78 faizlə bu siyahıda liderdir. İkinci yerdə Qazaxıstan (74,5%), üçüncü yerdə Rusiya (73%), dördüncü yerdə Moldova və Belarus (hər biri 71%) qərarlaşıb.

Ermənistan siyahıda 64 faizlə beşinci yerdədir. Bundan başqa, Ukrayna 53 faizlə altıncı, Özbəkistan 46 faizlə yeddinci, Qırğızıstan 34,5 faizlə səkkizinci, Tacikistan 20 faizlə doqquzuncu, Türkmənistan isə 18 faizlə onuncu yerdədir.

Məlumatda qeyd edilib ki, dünya əhalisinin üçdə birinin internetə çıxış imkanı yoxdur.

Bildirilir ki, planet əhalisinin 50%-dən çoxu artıq internetə çıxış imkanına malikdir. Bu göstəricini artırmaq üçün insanları kompüter texnologiyaları sahəsində bacarıqlara öyrətmək lazımdır.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031